Konqo Respublikasında prezident seçkiləri başlayıb

Konqo Respublikasında prezident seçkilərində səsvermə başlayıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkənin bütün regionlarında seçki məntəqələri açılıb, təhlükəsizliyin təmin edilməsinə dair problemlərlə bağlı heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, Konqo Respublikasının prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizə aparır. Ölkədə təxminən 2 milyon vətəndaş səsvermə hüququna malikdir.