Komitə sədri uşaq və qadınlara qarşı zorakılıqla bağlı dövlət qurumlarına müraciət edib

Xəbər - Samir Əli – AzerTimes:

Uşaqlara və qadınlara qarşı zorakılıq və cinayətlərlə mübarizə təkcə komitənin səlahiyyətində olan məsələlər deyil.

AzerTimes-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda 1 yaşlı uşağın atası tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, bu məsələ ilə bağlı bir çox dövlət qurumları lazımi tədbirlər görməlidir:

“Dövlətimiz bu məsələlərlə bağlı zəruri olan bütün tədbirləri həyata keçirir. Çox təəssüf ki, uşaqlar və qadınlara qarşı bu kimi cinayət faktları mövcuddur. Bu cinayət aktıdır və cinayət qanunvericiliyi ilə tənzimlənir. Bu məsələlərdə müvafiq qurumların hər birinin özünəməxsus səlahiyyəti var. Bizim komitə isə bu sahədə müvafiq qurumları əlaqələndirici rolu oynayır. Buna görə suallar daha çox bizə yönəlir. Bunun üçün lazımi qanunverici baza var, hər kəs öz öhdəliklərini bilir. Bu istiqamətdə tədbirlər həyata keçirir. Komitə öz səlahiyyətləri çərçivəsində məsələləri nəzarətdə saxlamağa, qanunvericiliyin tələblərini qorumağa və bu istiqamətdəki səyləri birləşdirməyə yönəlik fəaliyyət göstərir”.

Teqlər: