Komendant saatının tətbiqatı üçün lazımi tədbirlər keçirilir

Komendant saatının tətbiqatı üçün lazımi tədbirlər keçirilir

Azərbaycanda komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə saat 21:00-dan ertəsi gün 06.00-dək xidmətləri davam edir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, komendant saatının tətbiq olunduğu müddətdə piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır və şübhə doğurduğü halda avtomobillərin yük yerinə baxış keçirilir.

Avtomobillə və piyada hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericliyin tələblərinə uyğun olaraq tədbir görülür.