Komandamız “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında 2-ci qızıl medalı qazanıb

Tunisdə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, F55 kateqoriyasında iştirak edən Oloxan Musayev nüvə itələmə növündə 11.57 m nəticə göstətərək qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən AzerTimes-a verilən məlumata görə, bununla komandamızın bu turnirdə 2-ci qızıl medalı qazanır.


Qeyd edək ki, Oloxan Musayev artıq Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.

Teqlər: