Kolumbiyada ötən sutka koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb

Kolumbiyada ötən sutka koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, aprelin 24-ü Kolumbiyada koronavirusa 16 730 yoluxma və 440 ölüm halı qeydə alınıb.

Məlumata əsasən, son sutka koronavirusdan 18 038 nəfər sağalıb.

Bildirilir ki, hazırkı dövrədək ölkədə koronavirusa 2 757 274 nəfər yoluxub. Yoluxanlardan 2 573 657 nəfəri sağalıb, 70 886 nəfəri isə ölüb.