Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb

Kolumbiyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 2 milyon nəfəri ötüb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ötən sutka ərzində Kolumbiyada 15 551 nəfər koronavirusa yoluxub, 396 nəfər koronavirusdan vəfat edib, 10 757 nəfəri isə sağalıb.

Məlumata əsasən, koronavirusa yoluxanların sayı 2 002 969 nəfərə, koronavirusdan ölənlərin sayı 50 982 nəfərə, sağalanların sayı isə 1 822 309 nəfərə çatıb.


Qeyd edilir ki, yoluxma hallarından 587 675-i Kolumbiyanın paytaxtı Boqotada qeydə alınıb.