Kolumbiyada 28 apreldən başlayan etiraz aksiyalarında 2,3 mindən çox insan xəsarət alıb

Kolumbiyada 28 apreldən davam edən nümayişlər zamanı ən azı 2 359 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

AzerTimes TASS-a istinadən xəbər verir ki, müvafiq hesabat respublikanın Milli müdafiə nazirliyi tərəfindən təqdim edilib.

“28 aprel – 4 iyun tarixlərində 1 106 mülki şəxs və 1253 polis əməkdaşı yaralanıb”, – qurumun “Twitter” səhifəsində yerləşdirilən məlumatında deyilir.


Qeyd olunur ki, bu müddət ərzində 1249 nəfər polis tərəfindən nəzarətə alınıb. Bundan əlavə, hüquq-mühafizə orqanları 40 747 ədəd soyuq, 1 625 ədəd odlu və 691 ədəd pnevmatik silah müsadirə ediblər.