Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır

Kolumbiyanın Səhiyyə və Sosial İşlər naziri Fernando Ruis Braziliyada davam edən koronavirus pandemiyası ilə əlaqədar olaraq 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına seçim oyununda iştirak etmək üçün Braziliya milli futbol komandasının ölkəyə gəlməsinə qarşıdır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin saytında bildirilib.

Braziliyada yeni koronavirus növünün yayılması səbəbindən ölkələr arasında hava əlaqələri 29 yanvar tarixində dayandırılıb.

Xatırladaq ki, Kolumbiya və Braziliya yığmaları arasındakı matç 26 mart tarixinə baş tutmalıdır.

Teqlər: