Coca-Cola şirkəti 2200 işçisini işdən azad edəcək

Coca-Cola şirkəti 2200 işçisini işdən azad edəcək

“Coca-Cola” şirkəti yeni növ koronavirus epidemiyasının təsiri ilə iş modelinin yenidən qurulması çərçivəsində 2200 nəfəri işdən çıxaracağını açıqlayıb.

İçki istehsalçısı yaydığı məlumatda təkcə Amerikada çalışan 1200 əməkdaşı vəzifələrindən azad edəcəkləri qeyd edilib.

Ötən ilin sonunda 86 min 200 işçisi olan şirkətin gücünün 12 faiz azalacağı vurğulanıb.