Köhnə kafedən qumbara aşkarlandı

Xəbər - Samir Əli – Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qumbara aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında mart ayının 8-də polis əməkdaşları tərəfindən Bərdə rayon sakini F.Məmmədova məxsus Türkmən kəndində yerləşən əvvəllər iaşə obyekti kimi fəaliyyət gəstərən tikiliyə baxış keçirilib. Baxış keçirilən zaman oradan 1 ədəd RQ-42 markalı əl qumbarası və 1 ədəd partladıcısı aşkar edilərək maddi sübut kimi götürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: