Koçaryan parlament seçkilərinə qatılacağını bildirib

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın sabiq prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini elan edib.

AzerTimes-ın məlumatına görə, o, bu barədə Rusiyanın Birinci kanalında yayımlanacaq “Pozner” verilişində deyib.

O bildirib ki, seçkilərdə partiyalar blokunun başçısı kimi iştirak edəcək. Hələlik, bloka hansı partiyaların daxil olacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, erməni KİV-ləri həmin partiyalardan birinin “Daşnaksutyun” partiyasının ola biləcəyi deyilir.

Teqlər: