KOB evləri üçün onlayn növbə əldə edin!

Yevlax və Xaçmaz KOB evlərində göstərilən xidmətlərdən yararlanmaq istəyən sahibkarlar onlayn olduqları istənilən yerdə “KOB növbə” tətbiqi ilə növbə götürə bilərlər. “KOB növbə” tətbiqi sahibkarların KOB evlərində əlavə vaxt itkisinin qarşısını almaqla, onların vaxtlarına qənaət etməyə imkan verir.

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AzerTimes-a verilən məlumata görə, sahibkarlar “KOB növbə” tətbiqini artıq “App Store”dan da yükləyə bilərlər.

https://apps.apple.com/az/app/kob-n%C3%B6vb%C9%99/id1587661483


“Android” (“GooglePlay”) əməliyyat sistemləri üçün: https://play.google.com/store/apps/details?id=aze.asanx.kob_queue