Kişi bütün ailəsini qətlə yetirdi

Kişi bütün ailəsini qətlə yetirdi

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib. Hadisə şəhərin ərazisində baş verib.

Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəlib.