“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransı başa çatıb (FOTO)

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları çərçivəsində keçirilən “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransı öz işini yekunlaşdırıb.

Konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər”, “Bərpaolunan enerji” bölmələrini əhatə edib.

Konfransa yerli və xarici təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tərəfindən 131 tezis təqdim edilib.

Tezislər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Fransız Universitetinin, AMEA-ın Neft-Kimya Prosesləri, Molekulyar Biologiya və Biotexnologiyalar, Polimer Materialları, Kataliz və Qeyri-üzvi Kimya institutlarının, eləcə də digər təhsil müəssisələrinin tələbələ və tədqiqatçıları tərəfindən təqdim olunub.


Konfransda maraqlı və yenilikçi prezentasiyaların, eləcə də posterlərin təqdimatları olub.

Qeyd edək ki, artıq ikinci ildir ki, Tələbə və Gənc Tədqiqatçıların Elmi Konfransları beynəlxalq səviyyədə və onlayn keçirilir.

Teqlər: