Kvars şüşə üzərində 75.6 terabayt məlumat yazmaq mümkün olub

Kvars şüşə üzərində 75.6 terabayt məlumat yazmaq mümkün olub

Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblər.

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların saxlanması üçün nəzərdə tutulmuş fiziki cihazların inkişaf səviyyəsi o qədər də yüksək sürətlə getmir. Buna görə də bulud sistemlərin yaradılması üçün şirkətlər daha çox sərt disk almağa məcbur qalırlar. Bu problemi Microsoft şirkətinin yeni texnologiyası həll edə bilər. Belə ki, şirkətin yeni texnologiyası terabaytlarla həcmdə olan məlumatları kvars parçasına yazmağa imkan verir.

Microsoft Project Silica layihəsi kvarsdan hazırlanmış yüksək dözümlü şüşə üzərinə lazer vasitəsilə məlumatların yazılması texnologiyasına əsaslanır. Bununla belə sözügedən proses zamanı lazer kvarsdan hazırlanmış şüşənin strukturunu deformasiya edir. Təcrübə çərçivəsində tədqiqatçlar 2.5 düym disk ölçüsündə olan əridilmiş kvars parçasına 75.6 TB həcmində məlumat yaza biliblər. Müqayisə üçün qeyd etmək lazımdır ki, 3.5 düym ölçüsündə olan ən həcmli sərt disk 20 TB təşkil edir.