“Keşlə” klubu Azərbaycan Kubokunun finalına yüksəlib

Aprelin 29-da futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Trend xəbər verir ki, günün ikinci cavab oyununda “Zirə” “Keşlə”ni qəbul edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qonaqlar 1:2 hesablı qələbə qazanıb.


“Zirə” ilk görüşdə 2:1 hesablı qələbə qazandığından, matçda əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Sezar Meza Kolli özünün və komandasının üçüncü qoluna imza atıb. Görüşün 112-ci dəqiqəsində Klesio Bauk fərqi azaltsa da, “Keşlə” yekunda 3:2 hesablı qələbəyə sevinib.

Beləliklə, “Keşlə” tarixində 6-cı dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Komanda həlledici qarşılaşmada “Sumqayıt”la üz-üzə gələcək. Final oyunu mayın 24-də “Bank Respublika Arena”da gerçəkləşəcək.

Teqlər: