Kəndlərdə internetin olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur – Səbinə Əliyeva

Xəbər - Elçin Mehdiyev – Trend:

Pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb. Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

S.Əliyeva bildirib ki, kənd yerlərində bir sıra hallarda internetin, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur.


O qeyd edib ki, bu probemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir.

Teqlər: