Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturu təkmilləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 132 №-li Qərarına dair izahında deyilir.

Qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturunun təkmilləşdirilərək onların bazasında yeni qurumların yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulub.

Qərar aqrar sahənin inkişafının təmin edilməsi, bu sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən Nazirliyin strukturunun təkmilləşdirilməsi, effektiv tənzimləmə sisteminin qurulması, göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, elm, istehsal və xidmət sahəsində fəaliyyətin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.

Teqlər: