Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin xatirəsi yad olunur (FOTO/VİDEO)

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin xatirəsi yad olunur.

AzerTimes-ın məlumatına görə, Azərbaycan Dövlət Televiziyasının önündə dünən minaya düşərək həlak olan jurnalistlərin xatirə yad olunur. Dövlət xadimləri, vətəndaşlar əraziyə gələrək, həlak olanları xatirəsini anırlar.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Teqlər: