Keçmiş Qəbələ klubunun futbolçusu İngiltərə klubunda

Keçmiş Qəbələ klubunun futbolçusu İngiltərə klubunda

Qəbələ Futbol klubunun keçmiş oyunçusu Rikardinyonun yeni klubunun adına aydınlıq gəlib. Brazilyalı sol cinah müdafiəçisi karyerasını İngiltərədə davam etdirəcək.

O, Birinci Liqa (səviyyəcə üçüncü divizion) klubu “Oksford Yunayted”lə anlaşıb. Bu barədə BBC xəbər yayıb.

Bildirilib ki, Rikardinyo ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2015-ci ildən 2017-ci ilə kimi “Qəbələ”də çıxış edib.

rikardinyo