Keçmiş məhkumun çantasından 1 kiloqram heroin çıxdı

Xəbər - Samir Əli – Trend:

Keçmiş məhkumun idman çantasından heroin aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun narkotik vasitə satması barədə məlumat daxil olub.

Bununla əlaqədar ŞRPŞ əməkdaşlarının keçdikləri əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib. Belə ki, M.Məmmədovun üzərinə keçirilən şəxsi baxış zamanı gəzdirdiyi idman çantasının içərisindən 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.


Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Teqlər: