Karbohidrogen ehtiyatların tükənmə riski, alternativ enerjiyə keçid, Azərbaycanın potensialı – “Əsas məsələ”də MÜZAKİRƏ

Xəbər - Trend6

Məlum olduğu kimi, dünya əhalisinin artımı və iqtisadiyyatın inkişaf tempi enerjiyə tələbatın daim artması ilə nəticələnir. Dünyada istehlak edilən enerjinin böyük hissəsi karbohidrogen yanacaqlarının hesabına qarşılanır. İqtisadiyyatda müşahidə edilən inkişaf dinamikası nəticəsində artan enerji tələbatı bir çox hallarda karbohidrogen ehtiyatlarının tükənmə riski məsələsini gündəmə gətirir…

Karbohidrogen ehtiyatlarının tam olaraq nə vaxt tükənəcəyi ilə bağlı müxtəlif proqnozlar verilsə də, onların, nəhayət, bir gün tükənəcəyi danılmaz bir faktdır. Bu səbəbdən, alternativ enerji mənbələrinin mövcudluğu dayanıqlı enerji təchizatının təmin edilməsi, habelə qlobal istiləşmə və iqlim dəyişikliyinin qarşısının alınması baxımından günümüzün əsas çağırışlardan biridir.

Trendin məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Karbohidrogen ehtiyatların tükənmə riski, alternativ enerjiyə keçid, Azərbaycanın potensialı” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Vüqar Bayramov, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə və iqtisadçı ekspert Fuad İbrahimov mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: