Karantin dövründə avtomobili kimlər idarə edə bilər ?

Karantin dövründə avtomobili kimlər idarə edə bilər ?

Tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında, habelə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə konkret müddətə icazə alındıqda yol verilir.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və bu, hüquqi məsuliyyət yaradır.

DİN-dən həmçinin bildirilib ki, xüsusi karantin rejimində küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb.

Onu da qeyd edək ki, xüsusi rejim idarə işçiləri, polislər, hərbiçilər, tibb işçiləri, yanğınsöndürən və xilasedicilər, qida və zəruri mal daşıyan yük avtomobilləri, media press işçilərinə ölkə ərazisində hərəkəti – avtomobillə gedişatı məhdudiyyətsizdir.