Kanadada yük gəmisində yanğın başlayıb, 16 nəfər təxliyə edilib

Kanadanın Viktoriya şəhəri yaxınlığında MV Zim Kingston gəmisində baş verən yanğın səbəbindən 16 nəfər təxliyə edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə ВBC News telekanalı xəbər verib.

Kanada Sahil Mühafizəsindən bildirilib ki, oktyabrın 23-də axşam saatlarında Vankuverə gedən MV Zim Kingston gəmisində 10 konteyner yanıb. Zim Kingston gəmisi zəhərli qaz buraxır, lakin rəsmilər quruda insanlar üçün təhlükənin olmadığını qeyd edib.

CBC News xəbər verib ki, xilasetmə gəmiləri gecə saatlarında yanğını söndürməyə çalışsalar da, gəmidəki kimyəvi maddələr səbəbindən söndürə bilməyiblər.