Kanadada nəşə qanuniləşdirilir

Kanadada nəşə qanuniləşdirilir

Kanadada gələn ildən etibarən nəşə (marixuana) qanuni olaraq istifadə edilə bilinəcək. Kanadanın baş naziri Castin Trüdo’nun nəşəni qanuniləşdirmə, vergiləşdirmə və satma planları çərçivəsində hazırladığı qanun, Kanadalıların 30 qrama qədər nəşə daşımasını ya da bu miqdarda nəşəli məhsulları daşınaraq istifadəsini qanuni hala gətirəcək.

Marixuananı 18 yaşdan yuxarı şəxslərə icazə veriləcək. Lakin daha azyaşlılara buna görə cəza verilməyəcək.

Bu qanun planı Kanadanı Uruqvay ilə birlikdə, nəşənin satışını qanuniləşdirən ikinci ölkə edəcək. Halbuki, Hollandiyada belə nəşə istifadəsinə bəzi hallarda izn verilir.

Qanuna böyük bir dəyişiklik olmadan qəbul edilməsi gözlənir, ancaq bəzi maddələrə görə ciddi reaksiyalar var.
Misal üçün 18 yaşdan az yaşı olan nəşə satan yeniyetmə üçün 14 il həbs cəzası istənilir. Alkoqola görə isə sadəcə 1 il nəzərdə tutulub.

Qanunda Kanada vətəndaşlarının öz istifadələri üçün dörd ədədə qədər nəşə bitkisi yetişdirməsinə icazə verir.

Qanun ən böyük əskikliyi isə vergiləndirmə məsələsində hər hansı bir rəqəmin dəqiqləşdirilməməsidir. Təxminlərə görə Kanada höküməti nəşə vergilərindən 600 milyon ilə 5 milyard arası Kanada Dolları (766.620.000 AZN ilə 6.388.500.000 AZN) gəlir gətirə bilər.