Kanadada koronavirusa qarşı “AstraZeneca” vaksininin istifadəsinə icazə verilib

Kanadanın Səhiyyə Nazirliyi ölkə ərazisində “AstraZeneca” şirkəti və Oksford Universiteti tərəfindən hazırlanan vaksinlərdən istifadəyə icazə verib.

AzerTimes-ın məlumatına görə, vaksinin effektivliyi 62,1 faiz kimi dəyərləndirilir, sözügedən vaksinlər 18 yaşdan yuxarı şəxslərə vurula bilər.

Xatırladaq ki, daha əvvəl Kanadanın Səhiyyə Nazirliyi “Pfizer” və “Moderna” şirkətlərinin istehsal etdiyi vaksinlərin istifadəsinə icazə vermişdi.