Kanadada “Johnson & Johnson” peyvəndini bir neçə gün ərzində təsdiqləyəcəyini deyiblər

Kanada Səhiyyə Nazirliyi “Johnson & Johnson” tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndini ölkə ərazisində istifadəsini yaxın bir neçə gündə təsdiq edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə nazirliyin nümayəndəsi Supriya Şarma bildirib.

Onun sözlərinə görə, “Johnson & Johnson” peyvəndinin nazirlik mütəxəssisləri tərəfindən araşdırılması çox yaxşı gedir:

“Yaxın bir neçə gün ərzində yekun qərarın veriləcəyini gözləyirik”.