Kanada sentyabrın 7-si sərhədlərini bütün dünya üçün açacaq

Kanada dövlət sərhədlərini tam peyvənd olunan amerikalılar üçün avqustun 9-u, dünyanın digər ölkələrinin vətəndaşları üçün isə sentyabrın 7-si açacaq.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Kanadanın ictimai təhlükəsizlik və fövqəladə vəziyyətlərə hazırlığın təmin edilməsi naziri Uilyam Bler deyib.

U.Bler Bildirib: “Avqustun 9-dan tam peyvənd olunan ABŞ vətəndaşları Kanadaya gələ biləcəklər. Sntyabrın 7-si biz sərhədlərimizi müəyyən tələblərlə digər ölkələrin tam peyvənd olunan vətəndaşları üçün açacağıq”.

Nazir əlavə edib ki, tam peyvənd olunan xarici vətəndaşlar 14-günlük karantin müddətindən azad ediləcəklər.