Kanada gələn həftə 300 min doza “Johnson & Johnson” peyvəndi alacaq

Kanada gələn həftə 300 000 doza “Johnson & Johnson” koronavirusa qarşı peyvəndinin gətirilməsini gözləyir.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkədə koronavirusa qarşı peyvəndlərin çeşidlənməsi və paylanmasında cavabdeh olan general Deni Fortin deyib.

General əlavə edib ki, Kanadanın bölgələrinə dərmanın çatdırılması may ayının ilk həftəsində başlayacaq.


Qeyd edək ki, Kanada Səhiyyə Nazirliyi martın 5-də ölkə ərazisində “Johnson & Johnson” koronavirusa qarşı peyvəndinin istifadəsinə razılıq verib.