Kanada COVID-19-un üçüncü dalğası ilə qarşılaşıb – Trüdo

Kanada hazırda üçüncü koronavirusun COVID-19 dalğası ilə üzləşmək məcburiyyətindədir.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Castin Trüdo bildirib.

Baş nazir qeyd edib: “Bütün dünya ölkələri bu pandemiyanın çox ciddi üçüncü dalğası ilə qarşılaşırlar. Və hal-hazırda bu olkə Kanadadır”.


C.Trüdo vəziyyəti daha sonra Ontario vilayətinin Baş naziri Daq Ford ilə müzakirə edəcəyini də deyib.