Kamerunun Şimal bölgəsində fırtına baş verib, ölənlər və yaralılar var

Kamerunun Şimal bölgəsinin Benoue departamentini bürüyən fırtına nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

AzerTimes-ın “Xinhua”a istinadən verdiyi xəbərə görə, Benoue departamentinin prefekti Umaru Vabi jurnalistlərə açıqlamasında faciənin şiddətli küləyin nəticəsində, köhnə bir ağacın kökündən qoparaq, beş nəfərin olduğu bir avtomobilin üzərinə düşməsi ilə baş verdiyini bildirib.

Fırtına evlər də daxil olmaqla infrastrukturu dağıdıb. Yerli hakimiyyət orqanları sakinlərdən evdə qalmağı xahiş etdilər