Kaliforniyada “Tesla”nın zavodunda yanğın başlayıb

“Tesla” elektromobillərinin ABŞ-ın Frimont şəhərində (Kaliforniya ştatı) yerləşən zavodunda yanğın başlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Fox” teleşirkəti xəbər verib.

Məlumata əsasən, yanğın tikintisi davam edən binada başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.