Kaliforniyada meşə yanğınları ilə əlaqədar 15 min nəfər təxliyə olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Kaliforniya ştatının şimalında şiddətli meşə yanğınları davam edir.

AzerTimes-ın məlumatına görə, iyulun 13-dən etibarən başlamış yanğın 112 min hektardan çox ərazini əhatə edib.

Bölgədə yeni yanğın ocaqlarının aşkar edilməsi ilə əlaqədar ştat rəhbərliyi 15 min sakinin təxliyəsini həyata keçirib.


Qeyd olunur ki, uzun müddət havanın isti olması və sürəti 64 kilometr/saata çatan küləklə əlaqədar yanğının yayılmasına yol açır.

Bu günədək yanğının 35 faizinin öhdəsindən gəlmək mümkün olub.