Kaliforniyada avtobusa atəş açılıb: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) naməluma şəxslər avtomobildən avtobusa atəş açıblar.

AzerTimes-ın “News York Post”a istinadən verdiyi məlumata görə, insident nəticəsində avtobusda 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

İlkin məlumata əsasən, minik avtomobilində olan naməlum şəxslər şənliklər üçün nəzərdə tutulmuş avtobusa azı 70 dəfə atəş açıblar.

Cinayətkarların kimliyi hələki müəyyən edilməyib, insidentlə bağlı araşdırma aparılır.