Kaliforniyada atışma baş verib, ölənlər və yaralananlar var

ABŞ Orinc şəhərində (Kaliforniya ştatı) atışma baş verib.

AzerTimes-ın “MSNBC” telekanalına istinadən verdiyi məlumata görə, ticarət kompleksində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.


Qeyd edilir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib, vəziyyət sabitləşib və əhali üçün heç bir təhlükə yoxdur.