Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)

Qubadlı. Ceyhun Ələkbərov -Trend:

Jurnalistlər Qubadlı rayonunun Qəzyan kəndində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalı ilə tanış olublar.

AzerTimes-ın məlumatına görə, tibb müəssisəsi hər cür şərait və avadanlıqla təmin olunub. Burada hərbçilərimiz üçün stomatoloji, cərrahiyyə, ultrasəs müayinəsi otağı və digər müxtəlif təyinatlı müalicə və müayinə otaqları yaradılıb.


Teqlər: