Jurnalistlər növbəti dəfə Ağdama səfər edib (FOTO)

Ağdam. AzerTimes:

Jurnalistlər Ağdamda Ermənilər tərəfindən dağıdılan mədəni irsimizlə tanış olurlar.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.

Səfər çərçivəsində jurnalistlər Ağdam Cümə məscidində, Çörək muzeyində, Dram teatrında və digər yerlərdə olublar.

Qeyd edək ki, səfəri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşkil edib.

Teqlər: