İxrac menecerliyi üzrə təlimlərdə iştirak üçün 30-a yaxın yerli şirkət müraciət edib – Nazir

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Beynəlxalq ticarət sahəsində tələblərə cavab verən kadrların hazırlanması məqsədi ilə 30-a yaxın yerli şirkət müraciət edib.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, yerli şirkətlər kadrların hazırlanması məqsədi ilə AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə keçirilən “İxrac Akademiyası” layihəsində iştirak üçün müraciət ediblər:

“Bu təlimlər ixracla məşğul olmaq istəyən və ixrac menecerliyi üzrə ixtisaslaşmaq arzusunda olan şəxslər üçün faydalı olacaq”.

Teqlər: