İtaliyada zəlzələ oldu – ölən və yaralananlar var

İtaliyada zəlzələ oldu – ölən və yaralananlar var

İtaliyanın İskya adasında 3,6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri adanın qərb sahilində, ocağı isə 10 km dərinlikdə yerləşib.

İskya adasında baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Xilasedicilər dağıntılar altında qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmirlər.

Qeyd edək ki, yay aylarında İskya adası çox sayda turist qəbul edir. Hazırda adada yerli əhali daxil olmaqla təxminən 250 min nəfərin olduğu bildirilir. Almaniya kansleri Angela Merkel dəfələrlə məzuniyyətini İskya adasında keçirib.