İtaliyada tanklar səhvən quşçuluq fermasını darmadağın edib

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliyanın şimal-şərqindəki Pordenone əyalətində hərbi təlimlər zamanı tanklar səhvən quşçuluq fermasını atəşə tutub.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində çoxlu sayda quş tələf olub, fermada ciddi dağıntılar qeydə alınıb.

İnsidentlə bağlı Pordenone prokurorluğu araşdırma aparır. Maddi zərərin dəyəri müəyyənləşdirilənədək dörd tanka həbs qoyulub.