İtaliyada bir sutkada koronavirusa 21 mindən artıq yoluxma qeydə alınıb

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa 21 261 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 2,65 milyon nəfəri ötüb.

Bildirilir ki, son sutka koronavirusdan 376 nəfər ölüb, ölənlərin ümumi sayı 110 704 nəfər təşkil edir.