İtaliyada atışma olub – Yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliyanın cənubundakı Apuliya vilayətində çimərlikdə baş vermiş atışma nəticəsində 10 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, atışma Taranto şəhərində tələbələrin toplandığı məkanda qeydə alınıb.

Yaralananların vəziyyətinin ciddi olmadığı deyilir. Hadisə zamanı məkanda 300 nəfər olub, tələbələrdən bəziləri atışmadan sonra yaranmış izdihamda xəsarət alıb.


Hazırda atəş açan şəxsin axtarışları davam etdirilir.