İtaliya Aİ vətəndaşları üçün səyahət qaydalarını sərtləşdirir

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliya hökuməti Avropa İttifaqı (Aİ) vətəndaşlarının ölkə ərazisinə daxil olma qaydalarında dəyişiklik edib.

AzerTimes-ın məlumatına görə, bununla bağlı İtaliyanın səhiyyə naziri Roberto Sperantsa müvafiq qərar imzalayıb.

Yeni qərara əsasən, Aİ ölkələrindən İtaliyaya gələnlər mənfi koronavirus testinə sahib olmalı və beş günlük karantinə alınmalıdır. Beş günlük müddətdə yeni testin verilməsi tələb olunur.


Qeyd edək ki, İtaliyaya digər ölkələrdən gələnlər üçün ikihəftəlik karantin tətbiq olunur.

Eyni zamanda, həftəsonu qeyd olunacaq Pasxa bayramı günlərində ölkədə tam qapanma tətbiq olunacaq.