İsveçrə Azərbaycanda iqtisadi layihələri üçün 12 milyon dollar ayıracaq

Xəbər - Ləman Zeynalova – Trend:

İsveçrə Cənubi Qafqaz üçün 2022-2025-ci illər üzrə regional əməkdaşlıq strategiyası hazırlayır.

Bu barədə AzerTimes-a İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyindən (SECO) bildiriblər.

Qeyd olunur ki, bu layihə çərçivəsində SECO Azərbaycanda iqtisadi əməkdaşlıq layihələri üçün 12 milyon dollar vəsait ayırmağı planlaşdırır:

“SECO Azərbaycanda Dünya Bankı qrupunun Beynəlxalq Maliyyə Korporasiyaı tərəfindən reallaşdırılan aqrar biznesin rəqabətqabiliyyətliliyi və investisiya mühiti lahiyəsinə maliyyə dəstəyi göstərir. Bu layihə Azərbaycan hökumətini iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin yüksəldilməsini dəstəkləyir.


Layihə keyfiyyətli toxumlara çıxış imkanını genişləndirir, aqrar biznes sahəsində dəyər yaratma zəncirinin tənzimlənməsinin optimallaşdırılmasını təmin edir və kənd təsərrüfatı müəssisələri üçün aqrar-maliyyə alətlərinə, kredit və digər məhsullara çıxış imkanlarını artırır”.

(Tərcümə: Orxan Nəbiyev)