İsveç bir sıra ölkələrdən səfər qadağasının müddətini uzadıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İsveç hökuməti Böyük Britaniya, Danimarka və Norveç vətəndaşlarının ölkəyə daxil olma qadağasını martın 31-dək uzadıb.

AzerTimes-ın məlumatına görə, bunu İsveçin daxili işlər naziri Mikael Damberq deyib.

O bildirib ki, bu qərar koronavirusun “Britaniya variantı” ilə bağlı qəbul edilib.

Nazirin sözlərinə görə, virusun mutasiyası ilə bağlı qeyri-müəyyən vəziyyət davam etdiyi üçün qadağa müddəti uzadılıb.