İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İstanbulda həftəsonu günlərində küçəyə çıxma qadağasından sonrakı ilk iş günündə yollarda böyük tıxaclar müşahidə olunur.

AzerTimes-ın məlumatına görə, şəhərin bəzi yollarında nəqiyyat sıxlığı 71 faiz həddinə çatıb.

Qeyd edək ki, İstanbula koronavius pandemiyası ilə əlaqədar martın 6-sı saat 21:00-dan, martın 8-i saat 05:00-dək evdən çıxmaq qadağan edilmişdi.