İstanbulda azərbaycanlılarla çeçenlər arasında atışma olub – Ölənlər var (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyədə İstanbulun Başakşehir rayonunda azərbaycanlılarla çeçenlər arasında atışma baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Həlak olanlardan biri və yaralanan şəxs azərbaycanlı olub. Atışma kriminal aləmin nümayəndələri arasında qeydə alınıb.

Hadisədən sonra yerli polis 3 Rusiya vətəndaşını saxlayıb, iki nəfərin axtarışları davam edir.

Teqlər: