İsrailin Baş naziri ölümlə təhdid olundu

İsrailin Baş naziri ölümlə təhdid olundu

İsrailin Baş Naziri Benyamin Netanyahu özü və ailəsi ölümlə hədələndiyi üçün polisə müraciət edib.

Bu barədə Netanyahu rəsmi tvitter hesabında açıqlama verib. Baş Nazirin sözlərinə görə, o 1 iyun tarixində naməlum bir şəxsin cinayəti necə törətmək istədiyini izah edən daha bir mesaj alıb.

Xatırladaq ki, Netanyahu daha əvvəl, noyabr ayında feysbuk hesabında təhdid mesajları aldığını və bununla bağlı polisə müraciət etdiyini bildirmişdi.