İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İsraildə prezident seçkiləri iyunun 2-də keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə parlamentin sədri Yariv Levin qərar verib.

Qeyd edək ki, İsraildə prezident seçkiləri parlamentdə deputatlar arasında səsvermə yolu ilə keçirilir. Prezident 7 il müddətinə seçilir.

Hazırkı prezident Reuven Rivlin 2014-cü ilin iyulunda seçilmişdi.