İsraildə parlament seçkiləri keçirilir

Bu gün İsraildə 24-cü çağırış Knessetə erkən seçkilər keçirilir.

AzerTimes-ın məlumatına görə, bu 2019-cu il aprelin 9-dan artıq dördüncü parlament seçkiləridi.

Səsvermə nəticələrinə əsasən 120 nəfərlik Knessetin tərkibi müəyyənləşəcək, daha sonra hökumətin qurulma prosesinə başlanacaq.

MSK-nın məlumatında seçkilərdə iştirak üçün 6,578 milyon sakin qeydiyyatdan keçib. Ümumilikdə ölkə ərazisində 13 685 seçki məntəqəsi hazırlanıb. Böyük şəhərlərdə bu məntəqələr yerli vaxtla 07:00-dan 22:00-a qədər, kiçik yaşayış məntəqələrində isə 08:00-dan 22:00-a qədər işləyəcək.

Teqlər: